Ru
Bakı
USD
EUR
GBP
RUB

Mərkəzi Elmi Kitabxana “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda təlim keçirəcək

news photo

09.10.2019 19:37 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində oktyabrın 14-dən AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün iş yerlərində “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda təlim keçirəcək.

Kitabxanadan Youthportal.az-a bildirilib ki, məruzəçi MEK-in İnnovasiyaların hazırlanması və tətbiqi bölməsinin müdiri, EILF.net-in Azərbaycan Respublikası üzrə milli əlaqələndiricisi Cəmilə Yusifovadır.

Təlim “Müasir rəqəmsal kitabxanaların işləmə mexanizmləri. EBSCOhost nəşriyyatının təqdimatı”, “Mərkəzi Elmi Kitabxanada açıq elektron resurslardakı tammətnli məqalələrdən elmi araşdırmalar üçün istifadə imkanları”, “Beynəlxalq nəşriyyatlarda məqalələrin nəşri üçün jurnal seçimi üzrə məlumatlandırma” mövzularını əhatə edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi