Ru
Bakı
USD
EUR
GBP
RUB

Mərkəzi Elmi Kitabxana Ankara İldırım Bəyazid Universiteti Kitabxanası ilə əməkdaşlıq edəcək

news photo

20.12.2018 15:48 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları – kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, biblioqrafik sorğular bölməsinin rəhbəri Nərgiz Novruzova, kitabxanaçılar Alidə Həsənova və Həmidə Müzəffərli Türkiyənin paytaxtı Ankarada işgüzar səfərdə olublar.

Kitabxanadan Youthportal.az-a bildiriblər ki, səfər zamanı Ankara İldırım Bəyazid Universiteti Kitabxanası ilə MEK arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Tərəflər arasında əlaqələrin inkişafında elmi-mədəni irsin mübadiləsi zəruriliyinin vurğulandığı memorandumda Azərbaycan–türk–ingilis dilli tərcüməçilər şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi, kitabxana işi sahəsində mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, təlimlər, müzakirələr, seminarlar və konfransların keçirilməsi, vahid biblioqrafik təsvirin qaydalarının müzakirəsi və birgə addımların atılması və digər mühüm məsələlər nəzərdə tutulub.

Səfərin məqsədi Ankara kitabxanalarının fəaliyyəti, iş rejimi və təcrübəsinin öyrənilməsi, müasir kitabxana-informasiya sahəsində tətbiq edilən yeniliklərlə tanış olmaq, yeni əməkdaşlıq əlaqələri yaratmaq və mövcud mübadilə əlaqələrinin genişləndirilməsi olub. Türk Dil Qurumu Kitabxanası, Türkiyə Böyük Millət Məclisi Kitabxanası və Arxivi, Ankara İldırım Bəyazid Universiteti Kitabxanası və Ankara Milli Kitabxanasında görüşlər keçirən MEK-in nümayəndə heyəti Ankara kitabxanalarının tarixi, fəaliyyəti, strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təchizatı, mövcud imkanları ilə yaxından tanış olublar. Ziyarət əsnasında MEK-in fəaliyyəti, iş prinsipləri və sistemi, imkanları, mövcud bazası, fondları, həyata keçirdiyi layihə və təşəbbüslər haqqında türkiyəli həmkarlara geniş məlumat verilib, kitabxanaların hər birinə Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini və qədim tarixini əks etdirən kitablar hədiyyə edilib.

Türk Dil Qurumu Kitabxanası, Ankara Milli Kitabxansı, Ankara İldırım Bəyazid Universiteti Kitabxanası, Türkiyə Böyük Millət Məclisi Kitabxanası və Arxivinin rəhbərləri MEK-in əməkdaşlarının peşə bilikləri, maraq dairəsinin genişliyindən məmnunluqlarını bildirib, MEK-ə kitab və rəsmlər təqdim ediblər.

MEK haqqında geniş təsəvvürə sahiblənən, xüsusilə Azərbaycana aid strateji informasiyanı elektron formatda dünya oxucusu üçün əlçatan edən Milli Rəqəmsal Yaddaş layihəsinin üstünlüklərinə və Vahid Qeydiyyat Sisteminin iş prinsiplərinə maraq göstərən müəssisə rəhbərləri əməkdaşlıq təkliflərini səsləndirib və iş birliyinin təşkili üçün birgə konfransın keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Monitorinq insidentsiz başa çatıb

Atəşkəs 22 dəfə pozulub

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi