Ru
Bakı
USD
EUR
GBP
RUB

"Mercedes" "Formula 1" üzrə Azərbaycan Qran Prisinin qalibi ilə yeni müqavilə imzalayıb

news photo

20.07.2018 09:26 // Formula 1

“Formula 1” üzrə dünya çempionatının iştirakçısı olan Almaniyanın “Mercedes” komandası Lüis Hemiltonla müqavilənin müddətini uzadıb.

Youthportal.az xəbər verir ki, 33 yaşlı britaniyalı pilotla 2020-ci ilə qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Hemilton 2007-ci ildən “Formula 1” yarışlarında iştirak edir. Dördqat dünya çempionu olan pilot bunlardan üçünə 2013-cü ildə keçdiyi “Mercedes”lə nail olub. O daha əvvəl “Maklaren”lə də birinci yeri tutub.

Qeyd edək ki, “Formula 1” üzrə 2018-ci il Azərbaycan Qran Prisinin qalibi olan tanınmış pilot hazırda ikinci sıradadır. O, “Ferrari”dəki həmkarı Sebastyan Fetteldən geri qalır.

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi