Ru
Bakı
USD
EUR
GBP
RUB

“Mercedes” 2021-ci il üçün pilot heyətini müəyyən etməyə tələsməyəcək

news photo

10.12.2019 14:46 // Formula 1

“Mercedes” komandasının rəhbəri Toto Volf bildirib ki, 2021-ci il üçün pilot heyətinin müəyyən edilməsində tələsmə olmayacaq. Onun sözlərinə görə, komandada Luis Hemiltonun qərarını gözləmək niyyətindədirlər və yalnız bundan sonra zərurət yarandığı təqdirdə onu əvəz edəcək pilotu axtaracaqlar.

Youthportal.az xəbər verir ki, “Autosport” portalında Toto Volfun aşağıdakı sözləri yer alıb: “Bizim komandada düzgünlük və sədaqət böyük əhəmiyyətə malikdir. Biz Luis Hemiltonun mövqeyini başa düşməliyik. Bu, bizim üçün çox vacibdir. Onunla danışıqlar aparmayana və vəziyyəti aydınlaşdırmayana qədər digər variantlar nəzərdən keçirilməyəcək. Düşünmürəm ki, biz tələsməliyik. 2021-ci il üçün bizim güclü heyətimiz olmalıdır. Zənnimcə, tezliklə şayiələr mövsümü açılacaq. Qarşıda hələ bir il var. Bizim heyəti apreldə, iyulda və ya oktyabrda müəyyən edəcəyimiz o qədər də əhəmiyyətli deyil”.

Digər xəbərlər

Xəbər lenti

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi