Ru
Bakı
USD
EUR
GBP
RUB

“Məqsədlər üçün əl-ələ” layihəsinə start verilib

news photo

07.03.2019 10:33 // Gənclər üçün

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məqsədlər üçün əl-ələ” layihəsinə start verilib.

Youthportal.az xəbər verir ki, layihənin məqsədi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyəti barəsində gənclərin məlumatlandırılması, həmçinin onları bu sahədə zəruri tədbirlər həyata keçirməyə istiqamətləndirməkdir.

5 regionu əhatə edəcək layihə çərçivəsində paytaxt və region gəncləri üçün müvafiq sahə üzrə xüsusi təlimçilər və gənc səfirlərlə görüşlər təşkil olunacaq.

Sonda layihə iştirakçılarından formalaşmış komandalar Dayanıqlı İnkişaf Məqsədləri üzrə təqdimat edəcək. Ən yaxşı təqdimat sahibi olan komanda mükafatlandırılacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi