Ru
Bakı
USD
EUR
GBP
RUB

Məntiq Olimpiadasının məktəbdaxili mərhələsi keçiriləcək

news photo

03.05.2019 17:02 // Təhsil

Mayın 4-də Lütfi Zadə adına məktəblilər arasında IV məntiq olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçiriləcək.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən (BŞTİ) Youthportal.az-a bildirilib ki, olimpiadada ümumi təhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak edəcəklər. Bilik yarışı bütün məktəblərdə saat 09:00-da başlayacaq, 10:30-da başa çatacaq.

Məktəbdaxili mərhələdə şagirdlər 1 saat yarım (90 dəqiqə) vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandıracaqlar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.

Olimpiadanın final mərhələsində də 25 test sualının cavablandırılması üçün şagirdlərə 1 saat yarım vaxt (90 dəqiqə) ayrılacaq.

Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaqlar.

BŞTİ-nin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi