Ru
Bakı
USD
EUR
GBP
RUB

“Mənim yay tətilim-2018” respublika uşaq rəsm müsabiqəsi elan olunur

news photo

29.06.2018 09:35 // Gənclər üçün

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Mənim yay tətilim-2018” respublika uşaq rəsm müsabiqəsi elan olunur.

Xətai Sənət Mərkəzindən Youthportal.az-a bildirilib ki, müsabiqə məktəblilərin yay istirahətlərinin səmərəli keçməsi və onların tətil ərzində diqqət yetirdikləri hadisələri rəsm əsərinə çevirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə həyata keçirilir.

İştirak etmək istəyənlər rəsmin fotosu ilə yanaşı, ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə oktyabrın 20-dək Xətai Sənət Mərkəzinə (Xocalı pr. 62), habelə https://www.facebook.com/Xetaisenetmerkezi/, whatsapp: 00994 51 310 74 01, instagram: xetaisenetmerkezi, xsm.2016@mail.ru ünvanlarına göndərə bilərlər.

Seçim 12 yaşa qədər və 12-17 yaş arası kateqoriyalarında aparılacaq. Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək. Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. Birinci turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaq. Bu rəsmlərin müəlliflərinə diplomlar, fəal tədris mərkəzlərinə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə təqdim ediləcək.

Müsabiqəyə informasiya dəstəyi verənlər sırasında Azərbaycan Dövlət İnformasiya Agentliyi də var.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi