Ru
Bakı
USD
EUR
GBP
RUB

“Mənim Şamaxım” rəsm müsabiqəsi davam edir

news photo

11.02.2019 12:53 // Cəmiyyət

Xətai Sənət Mərkəzinin Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında elan etdiyi “Mənim Şamaxım” adlı rəsm müsabiqəsini davam edir.

Mərkəzin direktoru Zahid Əvəzov Youthportal.az-a deyib ki, “Nəsimi ili” çərçivəsində təşkil edilən müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Müsabiqə dahi şairimiz Nəsimi irsinin təbliği, Şamaxı rayonunun sakinləri arasında incəsənətə marağın artırılması, rayonun mədəni həyatının tədbirlərlə zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin vətənpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, habelə istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədi ilə keçirilir. Müsabiqəyə 29 yaşına qədər yeniyetmə və gənclər qatıla bilər. İştirakçılar oxuduğu məktəbin adını qeyd etməklə ən çox üç əsərinin fotosunu 2019-cu il aprel ayının 6-dək Xətai Sənət Mərkəzinin +994513107401 nömrəli telefonun “WhatsApp” ünvanına göndərməklə müsabiqənin iştirakçısı ola bilər.

Münsiflər heyəti tərəfindən öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən müəlliflərin əsərlərinə üstünlük veriləcək. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmaması və yeni yaradılmış əsərlərin təqdim olunması vacibdir. İki turdan ibarət olacaq müsabiqədə birinci turdan keçmiş əsərlər əvvəlcə Şamaxıda sonra isə Bakıda keçiriləcək sərgilərdə nümayiş olunacaq.

Əsərlərdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin obrazının müxtəlif kompozisiyalarda təsviri, Şamaxıya məxsus sənət nümunələri (xalça, dulusçu, misgər), Şamaxının tarixi abidələri, yerli mətbəx nümunələri, qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimlərin təsviri, Şamaxı rayonu üçün xarakterik musiqi və müxtəlif sənət alətinin təsviri və Şamaxının dahi şəxsiyyətlərin obrazlarının təsviri, hərbi vətənpərvərlik mövzusu, yaşayış bölgəsinin, məhəllənin, küçənin, həyətin və təbiətin təsviri, müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, üzümçü sürücü və s.) obrazların təsvirləri yer almalıdır.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi