Ru
Bakı
USD
EUR
GBP
RUB

“Mənim ikinci peşəm” layihəsi həyata keçirilmişdir (FOTO)

news photo

05.10.2018 12:27 // Gənclər üçün

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən “Mənim ikinci peşəm” layihəsi həyata keçirilmişdir.

Youthportal.az-a bildiirlib ki, bu münasibətlə layihənin açılış tədbirində çıxış edən Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev gəncləri salamlayaraq bildirib ki, fond gənclərin hərtərəfli inkişafı, dünyagörüşünün formalaşdırılması, onların tarixinə, mədəniyyətinə diqqət etməsi və layiqli vətəndaş kimi yetişməsi üçün bir sıra layihə, proqram və tədbirlər hazırlayaraq həyata keçirir. Növbəti belə layihələrdən biri isə “Mənim ikinci peşəm” adlanır. Vurğulanıb ki, layihənin əsas məqsədi gənclər arasında sənətə və əlavə peşə sahələrinə maraq oyatmaq, gənclərin öz keçmişimiz və milli mədəniyyətimizə diqqət etməsi, öz mədəni dəyərlərimiz, ənənəvi sənət növlərimiz haqqında dolğun məlumata sahib ola bilməsi, Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu dulusçuluq, misgərlik, xalçaçılıq, papaqçılıq və.s bu kimi sənət növlərinin tarixinin öyrədilməsi, unudulmağa üz tutmuş sənət növlərinin dirçəlişi, gənc nəsillərə təbliği və öyrədilməsindən ibarətdir. Həmçinin icraçı direktor deyib ki, layihə uzunmüddətli layihədir və bir çox sənət növünün gənclərə öyrədilməsini hədəfləyir. Hər ay 25 nəfərdən ibarət təşkil olunmuş qruplarla birgə 5 gün müddətində kurslar təşkil olunacaqdır. Bunun üçünsə, Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən, ənənəvi sənət növlərini yaşadan ustalarla əlaqə saxlanacaq, gənclərin onlardan qısamüddətli dərs almaları üçün şərait yaradılacaqdır. Layihə çərçivəsində həmçinin öyrədiləcək sənətlər barədə geniş biliyin verilməsi üçün AMEA Naxçıvan Bölməsinin əməkdaşlarından ibarət mühazirəçilər dəvət olunacaqdır. Gənclər praktik olaraq əşyaların hazırlanması prosesində iştirak edəcəklər. Sonda gənclərin hazırladıqları əl işlərindən ibarət sərgi keçiriləcəkdir.

İcraçı direktorun çıxışından sonra, layihə çərçivəsində seçilmiş 25 gənc “Dulusçuluq” kurslarına cəlb olunub. Bu kursların məqsədi isə vaxtilə Naxçıvanımızda geniş yayılmış dulusçuluq sənətini gələcək nəsillərə ötürmək, milli dəyərlərimizi yaşatmaqdır.

Əvvəlcə Gənclər Fondunun əməkdaşları gənclərə kurslar haqqında məlumatlar vermiş, işlərin həyata keçirilməsi üçün lazım olan maddələrdən və kursun proqramından danışmışlar. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və Dekorativ Tətbiqi Sənətlər şöbəsinin müdiri Fizzə Quliyeva gənclərə Naxçıvanda bu sənətin inkişafı, gil sənətinin tarixi haqqında geniş məlumat vermişdir. 

Sonra bu sənəti gənclərə öyrədəcək Dulus ustası Elnur Əliyev kurslar çərçivəsində ilkin olaraq gənclərə gil sənətinin tarixi, Naxçıvan ərazisində hansı gil növlərinin mövcudluğu, onların haradan tapılması və onlardan hansı əşyaların düzəldilməsi barədə məlumat vermişdir. Daha sonra gənclər üçün qrup şəklində praktiki məşğələlər təşkil olunub. Qeyd edək ki, layihə gənclərin marağına səbəb olub. Praktiki məşğələlərdə gənclər ustanın göstərdiklərini maraqla izləyib, həvəslə dulus çarxlarında çalışıblar.

Qeyd edək ki, “Mənim ikinci peşəm” layihəsi çərçivəsində keçirilən kurslar 24-28 sentyabr tarixlərində baş tutub və sonda iştirakçılara sertifikatlar verilmişdir.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi