Ru
Bakı
USD
EUR
GBP
RUB

“Mənəvi dəyərlər sistemində İmadəddin Nəsimi fəlsəfəsi” adlı elmi-praktik seminar təşkil ediləcək

news photo

22.04.2019 10:51 // Cəmiyyət

Bu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın dahi şair və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirməyi planlaşdırır.

Qoruq İdarəsindən Youthportal.az-a bildirilib ki, bu çərçivədə aprelin 23-də “Mənəvi dəyərlər sistemində İmadəddin Nəsimi fəlsəfəsi” adlı elmi-praktik seminar təşkil ediləcək.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşları məruzə ilə çıxış edəcək, Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında “Nəsimi” kompozisiyası təqdim ediləcək. Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və Bakı şəhəri Nərimanov rayonu 82 nömrəli orta məktəbin şagirdlərinin ifasında Nəsiminin şeirləri səsləndiriləcək.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanın söz sənəti və tarixində yüz illər boyu yaşayan Nəsimi irsinin dəyərinin geniş kütləyə çatdırılması və gənc nəsildə bədii və fəlsəfi fikrə marağı artırmaqdır.

Digər xəbərlər

Xəbər lenti

Sabahdan havanın temperaturu qalxır

Maestro Niyazinin xatirəsi yad olunacaq

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi