Ru
Bakı
USD
EUR
GBP
RUB

“Menecer” Gəncin Menecment Akademiyasının ilkin mərhələsi uğurla yekunlaşıb (FOTO)

news photo

29.12.2016 16:30 // Cəmiyyət

Gənclərin menecment sahəsində biliklərinin artırılması, onları bu sahədə aktiv iştirakını təmin etmək məqsədi ilə həyata keçirilən “Menecer” layihəsi çərçivəsində 6 təlim həyata keçirilib. Bakı şəhərində yaşayan və bu sahəyə marağı olan 20 gəncin iştirakı ilə keçirilən layihənin təlimləri, “eProject” Group idarə heyətinin rəhbəri Kənan Məmmədov, “İnkişaf Zamanı” Proqramının fasilitatorları Nailə İsmayılova, Namaz Kərimov Və Gülnarə İsmayılova tərəfindən həyata keçirilib.

Təlimçi Kənan Məmmədov bildirib ki, layihə çərçivəsində keçirilən təlimlərdə öyrədilən üsullar, analizlər iştirakçılar üçün layihə idarəolunması prosesini asanlaşdırır, onların analitik düşünmə qabiliyyətinin inkişafına gətirib çıxarır.

İştirakçılar, təlimlər müddətində layihə menecmenti sahəsində nəzəri və praktiki biliklərə yiyələnib. Belə ki, gənclər təlimlərdə öyrənilən nəzəri metodlar, modellər və analizlər əsasında öz ideyalarını formalaşdırıb onların əsasında layihələr yazıblar. Layihələrin komanda şəklində hazırlanması, gənclərin komanda işi biliklərinin formalaşmasına imkan verir. Təlimlərin sonunda öyrənilən məlumatlar əsasında iştirakçılar, imtahanda iştirak ediblər.

Növbəti mərhələdə iştirakçılar tərəfindən hazırlanan layihələr jüri və auditoriya qarşısında təqdim olunacaq. Ən rentabelli hesab olunan layihələrin həyata keçirilməsinə dəstək veriləcək.

Layihə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və DVC-nin (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfdaşlığı ilə həyata keçirilir.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıya yağış yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi