Ru
Bakı
USD
EUR
GBP
RUB

“Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsi keçiriləcək

news photo

08.11.2019 12:38 // Təhsil

AMEA-nın Şəki Regional Elmi Mərkəzi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı ilə birlikdə “Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsi keçirəcək.

Youthportal.az xəbər verir ki, Şəki rayonu ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında keçiriləcək müsabiqə onların Nəsimi yaradıcılığına, ədəbiyyatımız və milli-mənəvi dəyərlərimizə, eləcə də elmə maraqlarının artırılması məqsədi daşıyır.

Müsabiqəyə təqdim olunacaq esselər “Nəsimi lirikasında insan”, “Nəsiminin qəzəl yaradıcılığı”, “Nəsimi yaradıcılığında əruz vəznindən istifadə məsələləri”, “Hürufizmin Nəsimi yaradıcılığında əksi”, “Nəsimi yaradıcılığında folklor ünsürləri” və “Nəsimi yaradıcılığı və milli-mənəvi dəyərlərimiz” mövzularını əhatə etməlidir. Hər müəllif yalnız bir mövzuda esse yazısı ilə iştirak edə bilər. Esselər Azərbaycan dilində yazılmalı və həcmi 2000 sözdən çox olmamalıdır.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər ad, soyad, atasının adı, təmsil etdiyi sinif və məktəbin adı, eləcə də əlaqə telefonunu noyabrın 20-dək musabiqa.srem@mail.ru elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi