Ru
Bakı
USD
EUR
GBP
RUB

“Mən bir ağac əkmişəm” layihəsi uğurla başa çatıb

news photo

27.12.2016 20:00 // Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə icra olunan “Mən bir ağac əkmişəm” layihəsi uğurla başa çatdırıldı. “Mən bir ağac əkmişəm” layihəsi-nin ilkin mərhələsində gənc iştirakçılar tərəfindən Bibiheybət ərazisində neftlə qismən çirklənmiş sahədə 200 ədəd şam ağacı əkilmişdir. Layihə çərçivəsində Azərbaycanda və dünyada ətraf mühitin mühafizəsi, sənaye sahələrinin ətraf mühitə təsiri və mənfi təsirlərin aradan qaldırılması məqsədilə görülən işlər barədə maarifləndirmə təlimləri təşkil olunmuşdur. Təlimlər Botanika İnstitutunda, Zoologiya muzeyində və Bakı Ali Neft Məktəbində təşkil olunmuş və əsasən praktiki təlimlərə üstünlük verilmişdir. Təlimlər zamanı Azərbaycan Respublikası ərazisində qeydə alınan hər bir bitkinin və heyvanın faydaları barədə olduqca faydalı məlumatların verilməsi İştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Keçirilən təlimlərdə sənaye sahələ-rinin ətraf mühitə təsiri və mənfi təsirlərin aradan qaldırılması məqsədilə görülən işlər, Azərbaycan Respublikası ərazisində flora və faunanın zənginliyi və bu zənginliyin qorunması sahəsində gənclərin üzərinə düşən məsələlər barədə geniş müzakirələr aparılmışdır.

“Mən bir ağac əkmişəm” layihəsi çərçivəsində təşkil edilən təlimlərdə iştirak edən gənclər sertifikatlarla təmin olunmuşlar.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi