Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəb-liseydə “Sağlam qida” sərgisi

news photo

02.12.2019 15:27 // Təhsil

Təhsil Nazirliyinin “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində Bakı şəhəri 246 nömrəli məktəb-liseydə “Sağlam qida” sərgisi təşkil olunub.

Nazirlikdən Youthportal.az-a bildiriblər ki, sərgi çərçivəsində “Sağlam təhsil” sinifləri şagirdlərinin hazırladıqları sağlam qidanın təbliğini əks etdirən stendlər təqdim olunub.

Həmçinin 4-cü sinif “Sağlam təhsil” şagirdlərinin iştirakı ilə yarış keçirilib. Yarış müddətində komandalar sağlamlığa xeyirli, az kalorili yeməklər hazırlayıblar. Hazırlanan yeməklər gigiyena normalarına, gözəllik və səliqə, ləziz, kreativ yanaşma meyarlarına görə münsiflər tərəfindən qiymətləndirilib.

Yekunda Bakı şəhəri 246 və 83 nömrəli məktəb-liseylərin, 322 nömrəli tam orta məktəbin “Sağlam təhsil” siniflərinin şagirdlərindən ibarət komandalar qalib seçilib.

“Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində keçirilən “Sağlam qida” yarışının məqsədi şagirdlər arasında düzgün qida mədəniyyəti, sağlam həyat tərzinin və fiziki fəallığın artırılmasının təbliğidir.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi