Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəblinin dostu” layihəsi çərçivəsində Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinə ekskursiyası təşkil edilib

news photo

19.07.2019 14:44 // Cəmiyyət

“Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”nə qatılan 276 nömrəli tam orta məktəbin şagirdlərinin Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinə ekskursiyası təşkil edilib.

Youthportal.az xəbər verir ki, ekskursiya zamanı məktəblilərə muzey haqqında ətraflı məlumat verilib. Məktəblilər Azərbaycanda kənd təsərrüfatının tarixini və bu gününü əks etdirən eksponatlarla tanış olublar.Ekskursiya şagirdlərdə xoş təəsürat yaradıb və xatirə fotoları çəkilib.

Qeyd edək ki, məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə "Məktəblinin dostu" layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” ödənişsiz qaydada təşkil olunur. “Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 32 məktəbi əhatə edir.

“Yay məktəbi” zamanı 2000-dən çox şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının, əyləncəli saatların təşkil edilməsi planlaşdırılır. Həftənin 5 günü saat 09:00-dan 14:00-dək davam edən “Yay məktəbi”ndə şagirdlər əyləncəli vaxt keçirirlər.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi