Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəblinin BDU-da hazırladığı layihə beynəlxalq olimpiadada birinci yerə layiq görülüb

news photo

07.06.2017 09:25 // Bizim istedadlar

Bakı Avropa Liseyinin X sinif şagirdi Fidan İbrahimovanın Bakı Dövlət Universitetinin (BDU) Nano Araşdırmalar laboratoriyasında hazırlanmış elmi-tədqiqat layihəsi Türkiyənin İstanbul şəhərində keçirilən 26-cı Beynəlxalq Tədqiqat Layihələri Olimpiadasında birinci yerə layiq görülüb.

Universitetin fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və dosent İsmət Əhmədovun rəhbərliyi ilə “Şoran torpaqlarda nanohissəciklərin bitkilərin inkişafına təsir effektləri” mövzusunda hazırlanan layihə təbiət elmləri bölməsinin biologiya sahəsində qalib hesab edilərək mükafatlandırılıb.

Qeyd edək ki, BDU-da istedadlı şagirdlərin respublika və beynəlxalq olimpiadalara hazırlanması istiqamətində layihələr həyata keçirilir və uğurlu nəticələr əldə edilir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi