Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəblilərin Respublika Yaradıcılıq Festivalına həsr olunmuş görüş (FOTO)

news photo

10.01.2019 11:33 // Təhsil

Ümumtəhsil müəssisələrinin tərbiyə işləri üzrə direktor müavinləri ilə Məktəblilərin Respublika Yaradıcılıq Festivalına hazırlıq məsələlərinə dair görüş keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş görüşdə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, BŞTİ-nin və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, ümumi təhsil məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri iştirak ediblər.

BŞTİ-də Youthportal.az-a bildiriblər ki, 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə festival barədə ətraflı məlumat verilib. Bildirilib ki, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə təmin etməkdən ibarətdir.

Festival çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəb” və məktəblilər arasında dram, təsviri və dekorativ-tətbiqi sənət, ekologiya istiqamətləri üzrə respublika müsabiqələrinin keçirilməsi planlaşdırılır.

Müsabiqələrdə respublikanın bütün ümumi təhsil müəssisələri şagirdlərinin iştirakı nəzərdə tutulur.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi