Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəblilərin əl işlərindən ibarət sərgi: Tullantılara ikinci həyat (FOTO)

news photo

17.01.2019 14:31 // Cəmiyyət

Məktəblilərin əl işlərindən ibarət “Tullantılara ikinci həyat” adlı sərgi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Youthportal.az-a bildirilib ki, paytaxtdakı 191 nömrəli tam orta məktəbdə təşkil olunmuş sərginin əsas məqsədi ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdən ibarətdir.

Sərgidə məktəbin V, VI və VII sinif şagirdlərinin ideya və bacarıqlarına uyğun olaraq tullantılardan hazırladıqları müxtəlif eksponatlar nümayiş olunub.

Çıxış edənlər məişət tullantılarının təkrar emalının təbii resurslardan istifadəni minimuma endirdiyini deyiblər. Bildirilib ki, təkrar emal zamanı bir çox məmulatlar yararlı hala gətirilir və minimum itki ilə yenidən məişətə qayıdır. Həmçinin bu kimi yaradıcı işlər şagirdlərdə ətraf aləmi daha yaxşı anlamaq, estetik zövqü inkişaf etdirmək, uşaqların bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onlarda sağlam rəqabət hissi formalaşdırmaq baxımından əhəmiyyətlidir.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi