Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəblilər üçün müsabiqə: “Mikroorqanizmlər uşaqların gözü ilə”

news photo

07.05.2019 15:00 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutu “ELM” TV ilə birgə məktəblilər arasında “Mikroorqanizmlər uşaqların gözü ilə” mövzusunda müsabiqə elan edir. Müsabiqə 28 May - Respublika Günü münasibətilə təşkil olunur.

İnstitutdan Youthportal.az-a bildirilib ki, məktəblilər müsabiqədə bakteriya və göbələklərin (makroskopik və ya mikroskopik) vizual görüntüsü, zərərli və faydalı tərəfləri, təbiətdəki rolu və s. xüsusiyyətləri haqqında hazırladıqları əl işləri (rəsm, tikiş, maket, ağac döyməsi və s.) ilə iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan əl işləri mayın 25-dək qəbul edilir. Əl işləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinin qərarına əsasən I yerin qalibinə və müəllimə (biologiya, rəsm və ya texnologiya müəllimi) diplom və pul mükafatı, II və III yerləri tutan şagirdlərə diplom və pul mükafatı, bir nəfərə həvəsləndirici diplom, əl işləri xüsusi seçilən şagirdlərə isə sertifikatlar veriləcək.

Tədbirin yekun iclası mayın 27-də AMEA-nın Mikrobiologiya İnstitutunda keçiriləcək.

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 502 44 70

Məktəblilər əlavə vəsait kimi Mikrobiologiya İnstitutunun “ELM” TV ilə birgə hazırladıqları videolar ilə qeyd olunan linklərdə tanış ola bilərlər:

https://www.youtube.com/watch?v=yOZwc4Akm0g

https://www.youtube.com/watch?v=424A1pAZ8f4

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi