Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəblilər radiasiyanın bioloji obyektlərə təsirləri barədə məlumatlandırılıb

news photo

18.04.2019 16:15 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 211 nömrəli tam orta məktəbin VII və IX sinif şagirdləri üçün seminar keçirilib.

AMEA-dan Youthportal.az-a bildiriblər ki, seminarda institutun elmi işlər üzrə direktor müavini, dosent Rəvan Mehdiyeva bu elmi müəssisənin yaranma tarixi, fəaliyyəti, laboratoriyalarda aparılan elmi tədqiqat işləri, radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, eləcə də əldə olunmuş nailiyyətlər və institutun beynəlxalq əməkdaşlıq əlaqələri barədə məktəblilərə məlumat verib.

Sonra institutun radiobiologiya laboratoriyasının böyük elmi işçisi, dosent Cəmalə Orucova “Radiasiyanın bioloji obyektlərə təsirləri” mövzusunda təqdimatla çıxış edib. O, radiobiologiyanın yaranması və bir elm kimi formalaşması, canlı orqanizmlərin radiasiyaya qarşı həssaslığı, onların radiasiyanın zərərli təsirlərinə qarşı davamlılığı və radiasiya şəraitinə uyğunlaşması, həmçinin radiasiyanın yaradacağı fəsadlar və onun zərərli təsirindən mühafizə məsələlərindən danışıb.

Sonra şagirdlər institutun laboratoriyaları ilə tanış olublar.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda güclü külək əsəcək

Bu gün Milli Musiqi Günüdür

Ermənilər atəşkəsi 20 dəfə pozdu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi