Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəblilər maliyyə savadlılığına dair məlumatlandırılıb

news photo

24.04.2019 14:21 // Cəmiyyət

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Xətai rayonunda yerləşən 263 saylı məktəbdə şagirdlər və valideynlər üçün maliyyə savadlılığına dair tədbir keçirilib.

ABA-dan Youthportal.az-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd məktəbliləri maliyyə savadlılığına dair ümumi anlayışlarla tanış etmək, onlarda yığım, qənaət və pul haqqında ilkin fikirlər formalaşdırmaq olub.

İlk olaraq tədbirin təşkilatçıları iştirakçılara maliyyə savadlılığı barədə məlumat verib, gənclərin maliyyə maarifləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Daha sonra məktəbin şagirdləri pulun tarixi, müxtəlif ölkələrin pul nişanları, büdcə, qənaət və yığım mövzuları üzrə maraqlı səhnəciklər göstəriblər.

Sonda təşkilatçılar tərəfindən məktəblilər arasında maliyyə savadlılığı mövzusunda keçirilən rəsm müsabiqəsinin qaliblərinə, eləcə də tədbirdə iştirak edən digər məktəblilərə qiymətli hədiyyələr təqdim olunub.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 21 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi