Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəblilər Bakı Kitab Mərkəzində (FOTO)

news photo

18.07.2019 14:05 // Cəmiyyət

Məktəblilər yay tətilini səmərəli və maraqlı keçirir. Belə ki, "Yay məktəbi" çərçivəsində Bakı şəhəri 5 nömrəli tam orta məktəbin şagirdləri Bakı Kitab Mərkəzinə ekskursiya ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Youthportal.az-a bildirilib ki, məktəblilər Bakı Kitab Mərkəzinin imkanları ilə tanış olub, oxu zalı, elmi fəaliyyətlə məşğul olanlar üçün tədris guşələrinə baxış keçirib, elektron tablolar vasitəsilə mərkəzdə satılan kitablar haqqında məlumat alıblar.

Mərkəzin qonağı olan məktəblilər burada mütaliə edib, müxtəlif nəşrlərlə yanaşı, ədəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulan məkanlara baş çəkiblər.

Ekskursiyanın təşkil olunmasında məqsəd məktəblilər arasında mütaliə mədəniyyəti və oxu vərdişini inkişaf etdirmək, kitaba olan marağı daha da artırmaqdan ibarətdir.

Qeyd edək ki, ödənişsiz qaydada təşkil olunan “Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 32 məktəbi əhatə edir.

“Yay məktəbi” çərçivəsində 2000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, ekskursiyalar, əyləncəli saatlar təşkil olunur.

Həftənin 5 günü saat 09:00-dan 14:00-dək davam edən “Yay məktəbi”ndə şagirdlər səmərəli, maraqlı və əyləncəli vaxt keçirirlər.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Havanın temperaturu 39 dərəcə olacaq

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi