Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəblilər Azərbaycan musiqi sənətinin tarixi barədə məlumatlandırılıb (FOTO)

news photo

19.09.2019 17:02 // Cəmiyyət

Ümumtəhsil müəssisələrində Milli Musiqi Günü ilə bağlı tədbirlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Youthportal.az-a bildirilib ki, tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə Azərbaycan musiqisinin tarixi, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında geniş məlumat vermək, onların musiqiyə olan marağını daha da artırmaqdan ibarətdir.

Tədbirlər musiqisi Üzeyir Hacıbəylinin olduğu dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Məktəblilərə ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1995-ci il sentyabrın 18-nin - Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin ad gününün ölkədə Milli Musiqi Günü kimi qeyd edildiyi barədə məlumat verilib. Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətləri olduğu, milli musiqimizi dünya səviyyəsinə yüksəltdiyi bir daha diqqətə çatdırılıb.

Həmçinin Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub, bəstəkarın əsərlərindən ibarət musiqi parçaları səsləndirilib.

Tədbirlərdə, eyni zamanda, məktəblilər rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi