Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəblilər arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatıb

news photo

13.12.2018 12:13 // İdman

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə məktəblilər arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.

Youthportal.az xəbər verir ki, altı yaş kateqoriyası üzrə təşkil edilən birincilikdə respublikanın müxtəlif şəhər və rayonlarından 136 şahmatçı mübarizə aparıb.

Oğlanların yarışında Ümid Allahverdi (6 yaş, Sumqayıt), Yusif Kərimli ( 8 yaş, Şəki), Əli Süleymanov (10 yaş, Bakı), Ümid Aslanov (12 yaş, Bakı), Uğur İlyaslı (14 yaş, Sumqayıt), Xəzər Babazadə (16 yaş, Bakı) qalib olublar. Qızların yarışında isə Nuray Məmmədli (6 yaş, Lənkəran), Xanım İsmayılova (8 yaş, Bakı), Aysel Rəhimova (10 yaş, Quba), Aytac Kərimli (12 yaş, Sumqayıt), Səbinə Rzalı (14 yaş, Sumqayıt), Raya Əhmədova (16 yaş, Ucar) birinci yeri tutublar.

Çempionatın mükafatçıları gələn il məktəblilər arasında dünya və Avropa çempionatlarında iştirak hüququ qazanıblar.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi