Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəblərdə və ictimai müəssisələrdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib

news photo

08.10.2019 14:30 // Cəmiyyət

Oktyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ucar rayon məktəb-liseyində, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayon 226 nömrəli tam orta məktəbində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallı şəhər 3 nömrəli tam orta məktəbində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvarda Yeni Azərbaycan Partiyasının inzibati binasında, Salyan rayon Seydan kənd ümumi orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Hacallı və Piyadalar kənd tam orta məktəblərində, Beyləqan rayon Əlinəzərli kənd tam orta məktəbində, 1-ci Şahsevən kənd xəstəxanasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

FHN-dən Youthportal.az-a bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzusunda məruzələr edilib, həmçinin həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Eləcə də pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi də qeyd olunub.

Eyni zamanda ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının vacibliyi vurğulanıb.

Həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi