Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəblərdə işə qəbul üzrə müsabiqənin bu mərhələsində hər namizəd 5 yer seçə bilər

news photo

19.08.2019 13:18 // Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya seçimi mərhələsinə start verilib.

BŞTİ-dən Youthportal.az-a bildirilib ki, müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərmiş namizədlər avqustun 23-ü saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi etməlidirlər. Hər bir namizədə 5 yer seçmək hüququ verilir.

Namizədlər arzu etdikləri vakant yerləri seçdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsi avqustun 26-dan başlayacaq.

Xatırladaq ki, müsabiqənin test imtahanı mərhələsində iştirak edən 1655 namizəddən 555-i keçid balından yüksək nəticə göstərib.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi