Ru
Bakı
USD
EUR
GBP
RUB

“Məktəbimizdə” fotorubrikası davam edir (FOTO)

news photo

02.12.2019 17:00 // Təhsil

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər zəngin tarixi, pedaqoji ənənələri ilə fərqlənən, respublikamızın elm, təhsil və iqtisadiyyat sahələrində layiqli töhfələri olan 189 yaşlı Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdəndir.

Youthportal.az Təhsil Nazirliyinə istinadla xəbər verir ki, 1830-cu ildə Şuşada birsinifli qəza məktəbi kimi açılan bu tədris ocağı 19 şagirdlə fəaliyyətə başlayıb. Məktəbin yetirmələri arasında Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov kimi məşhur simalar da var. 1966-ci ildə sözügedən təhsil ocağı şəhər orta məktəbi statusu alaraq fəaliyyətini daha geniş şəkildə davam etdirməyə başlayıb.

1992-ci ildən 2015-ci ilə kimi Bakı şəhəri 38 nömrəli tam məktəbdə yerləşən tədris ocağı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə müasir standartlara uyğun inşa edilmiş yeni binaya köçürülüb. Məktəbdə  lazımi avadanlıqlarla təchiz olunmuş fənn kabinetləri, sinif otaqları, laboratoriya, idman və akt zalları, sərgi və şahmat otağı fəaliyyət göstərir. Son 3 ildə məktəb məzunlarının ali məktəbə qəbul göstəricisi 87-90 faiz təşkil edib.

"Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi