Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəbdənkənar təhsil müəssisələrində qiymətləndirmə

news photo

08.02.2017 18:45 // Təhsil

Regionlarda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Təhsil Nazirliyindən bildirilib ki, fevral ayında keçiriləcək qiymətləndirmə peşə-ixtisas, İKT, məntiq və pedaqogika sahələrini əhatə etməklə 60 sualdan ibarət olacaq.

Qiymətləndirmənin həyata keçirilməsində məqsəd məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etməkdir. Qiymətləndirmədən keçən şəxslərin ixtisasartırmaya cəlb olunması və müəssisələrin sayının optimallaşdırılması zamanı işin yenidən təşkili nəticələrə əsasən həyata keçiriləcək.

Ötən ilin dekabr ayında Bakı şəhərində yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan 1500 pedaqoji işçinin bilik və bacarıqları qiymətləndirilib.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi