Ru
Bakı
USD
EUR
GBP
RUB

Məktəbdə “Cahana sığmayan şair” adlı tədbir keçirilib

news photo

07.12.2019 11:43 // Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 283 nömrəli tam orta məktəbdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Cahana sığmayan şair” adlı tədbir keçirilib.

BŞTİ-dən Youthportal.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Zeynalova böyük Azərbaycan şairi Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, şairin əsərlərindən bəhs edib, onun zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıb.Milli Məclisin deputatı Qənirə Paşayeva Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsinin çox əlamətdar və təqdirəlayiq hadisə olduğunu vurğulayıb. 

Qeyd edib ki, Nəsimi yaradıcılığındakı mübarizlik, haqqı bütün varlığı ilə müdafiə etmək, nahaqqa qarşı son damla qanınacan vuruşmaq bütün xalqın, ilk növbədə, gənc nəslin formalaşmasına müsbət təsirini göstərib.

BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva “Nəsimi ili” ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərin, təqdimatların keçirilməsinin və şairin ədəbi irsinin yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıb. Müdir müavini Nəsimi adının nəinki ölkəmizdə, hətta beynəlxalq arenada da uca tutulduğunu və dünya ictimaiyyətinin də onun yaradıcılığı ilə tanış olduğunu bildirib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri olduğunu vurğulayıb.

Sonra şagirdlərin ifasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şeir və qəzəllərindən nümunələr səsləndirilib, əsərləri əsasında bəstələnmiş mahnılar ifa olunub. Həmçinin şagirdlər görkəmli şairin əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi