Ru
Bakı
USD
EUR
GBP
RUB

“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək

news photo

15.02.2019 14:43 // Cəmiyyət

Martın 23-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində SSRİ Xalq artisti Arif Məlikovun üçpərdəli “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq. Balet Mariya Teatrında martın 21-dən 31-dək keçiriləcək XVIII Beynəlxalq Balet Festivalı çərçivəsində təqdim ediləcək.

Youthportal.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Fərhadın partiyasını Rusiyanın Əməkdar artisti Vladislav Lantratov, Məhmənə Banunu isə Rusiyanın Xalq Artisti Mariya Aleksandrova ifa edəcək. Digər iştirakçılar barədə əlavə məlumat veriləcək.

“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Gözəl musiqi və parlaq xoreoqrafiya bu baleti daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin dramaturgiyasındadır.

Digər xəbərlər

Xəbər lenti

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi