Ru
Bakı
USD
EUR
GBP
RUB

Mehdi Hüseynzadənin 100 illiyinə həsr edilmiş “Şərəfli ömrün anları” adlı tədbir keçirilib

news photo

21.12.2018 15:19 // Cəmiyyət

Azərbaycan İstiqlal Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyinə həsr edilmiş “Şərəfli ömrün anları” adlı tədbir keçirilib.

Muzeydən Youthportal.az-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin Mehdi Hüseynzadənin 100 illiyinin keçirilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq reallaşıb.

Tədbirdə Mehdi Hüseynzadənin keçdiyi həyat yolu haqqında geniş məlumat verilib. Qeyd edilib ki, o, İkinci Dünya müharibəsi zamanı əsir düşsə də, sonradan Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparıb, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirib.

Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanaraq Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, müəllifi tanınmış Sloveniya yazıçısı Peter Amalietti olan “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” adlı kitabının təqdimatı da keçirilib. Kitab 2013-cü ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə rus dilində işıq üzü görüb. 2018–ci ildə Azərbaycan Tərcümə Mərkəzinin təşəbbüsü ilə tərcüməçi Fərhad Abdullayev tərəfindən dilimizə tərcümə edilib.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev, tərcüməçi Fərhad Abdullayev, müqavimət hərəkatının tədqiqatçısı İlham Abbasov, müqavimət hərəkatının iştirakçısı Əli Babayevin oğlu Baba Babayev, Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin direktoru Akif Əliyev, Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov çıxış edərək fikrilərini bölüşüb.

Sonra qonaqlar Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunmuş “Şərəfli ömrün anları” sərgisində qəhrəmanın ömür yolunu özündə əks etdirən, qəhrəmanın bacısı oğlu Mehdi Əzizbəyov tərəfindən muzeyə təhvil verilmiş 100–dən çox foto və sənədli materiallara baxıblar.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi