Ru
Bakı
USD
EUR
GBP
RUB

Media nümayəndələri Gəncə Dövlət Universitetində imtahan prosesini izləyiblər

news photo

09.01.2019 14:57 // Təhsil

Gəncə Dövlət Universitetində (GDU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək üçün mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Youthportal.az xəbər verir ki, media nümayəndələri imtahan otaqlarında olub, ayrı-ayrı fənlər üzrə 500 nəfər tələbənin biliyinin eyni vaxtda yoxlandığı yazılı imtahan prosesini izləyiblər.

Rektorun müşaviri Asif Cavadov, tədris işləri üzrə prorektor Fəxrəddin Məmmədov, humanitar işlər üzrə prorektor Gülsüm Fətəliyeva və fakültə dekanları KİV təmsilçilərinə imtahan prosesi barədə ətraflı məlumat verib, sualları cavablandırıblar.

Bildirilib ki, ümumilikdə, altı min tələbənin biliyinin yoxlanacağı imtahan sessiyası həm əyani, həm də qiyabi şöbə üzrə yazılı, şifahi formada, test üsulu və qabiliyyət üzrə olmaqla, fevralın 1-dək davam edəcək. İmtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə universitet rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb.

Vurğulanıb ki, GDU-da 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə imtahan sessiyası dövründə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək üçün operativ qərargah və “Qaynar xətt” yaradılıb.

Həmçinin ötən ildən həm semestr ərzində, həm də sessiya dövründə tələbələrin yarana biləcək problemlərinin aradan qaldırılması məqsədilə Tələbə Ombudsman Mərkəzi fəaliyyətə başlayıb.

Sonra mediatur iştirakçılar Tələbə Ombudsman Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Mediatur iştirakçılarına bu il universitetdə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın zənginləşdirilməsi istiqamətində aparılan işlər, eləcə də ali təhsil müəssisəsində yaradılan idarəetmə, tədris və imtahan prosesi, Azərbaycanın və Avropanın qabaqcıl elm-təhsil ocaqları ilə yaradılan ikitərəfli qarşılıqlı əməkdaşlıq istiqamətləri, həyata keçirilən səmərəli beynəlxalq layihələr və onların müsbət nəticələri haqqında məlumat verilib.

Çıxış edənlər media mənsubları ilə ali təhsil müəssisəsi arasındakı əməkdaşlığın mahiyyətindən söz açaraq, bu əlaqələrin davamlı olmasının əhəmiyyətini vurğulayıblar.

KİV-lərin təmsilçiləri prosesin təşkili və gedişatından razılıqlarını ifadə ediblər. Bildirilib ki, imtahanların gedişatında obyektivlik və şəffaflıq təmin olunub, sessiya normativ sənədlərə uyğun təşkil edilib, tədris müddətində tələbələrin mənimsədikləri biliklərin imtahan prosesində nümayişi üçün hər cür şərait yaradılıb.

xəbər verir ki,

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi