Ru
Bakı
USD
EUR
GBP
RUB

“Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunub

news photo

18.11.2019 11:46 // Cəmiyyət

Azərbaycan Dövlət “Yuğ” Teatrının repertuarında populyar tamaşalardan olan “Medeya. Sekvensiya 001” tamaşası növbəti dəfə teatrsevərlərin ixtiyarına verilib.

Teatrdan Youthportal.az-a bildirilib ki, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa ediblər. A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq tamaşa Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.

Tamaşa aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi