Ru
Bakı
USD
EUR
GBP
RUB

Mədəniyyət və İncəsənət Universitetinin dekanı Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzə edib

news photo

21.10.2019 11:13 // Təhsil

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova Türkiyənin Ağrı şəhərində keçirilən “Ağrı dağı və Nuh tufanı” adlı V Beynəlxalq simpoziumda iştirak edib.

Universitetdən Youthportal.az-a bildirilib ki, bəşəri dəyər daşıyan Nuh peyğəmbərlə bağlı ədəbi mətnlərin yenidən dəyərləndirilməsi, mövzunun mədəni və dini turizm baxımından işlənməsi, yeni elmi tədqiqatların nəticələrinin mübadiləsi məqsədilə keçirilən simpoziuma 10 ölkədən 100-ə yaxın alim qatılıb. Burada tarix, fəlsəfə, mədəniyyətşünaslıq, iqtisadiyyat, sənətşünaslıq, ədəbiyyat, memarlıq sahələri üzrə məruzələr dinlənilib. Tədbir çərçivəsində Türkiyə istehsalı olan “Nuhun gəmisi” və “Əfsanələrin zirvəsi Ağrı dağına ziyarət” sənədli filmlərinin premyerası olub.

Simpoziumda ADMİU-nu təmsil edən dosent Sevil Kərimovanın “Təsviri sənətdə Nuh Tufanı mövzusunun ikonoqrafiyası” mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Məruzədə Nuh tufanı mövzusunun fərqli tarixi-mədəni mühitlərdə dünya və Azərbaycan təsviri sənətində formalaşma mərhələləri və xüsusiyyətləri, mövcud ikonoqrafik sxemlər, “Nuh-Gəmiqaya-Naxçıvan-Duzdağı” mədəni kompleksinin spesifikası təhlil edilib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi