Ru
Bakı
USD
EUR
GBP
RUB

Mədəniyyət və İncəsənət Universitetində “Danabaşlar” tamaşası nümayiş olunub

news photo

07.02.2019 13:13 // Cəmiyyət

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Cəlil Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış "Danabaşlar" tamaşası nümayiş olunub.

Universitetdən Youthportal.az-a bildirilib ki, tamaşada teatr sənəti fakültəsində dram teatrı və kino aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri çıxış ediblər. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yaqut Paşazadə, səhnələşdirmənin müəllifi Mir Sahib Ağazadə və dosent Nadir Hüseynovdur. Səhnə əsərində rolları Əlirza Kənani (Mirzə/Uçitel), Tunar Əlizadə (Xudayar bəy), Ər Toğrul Kamalov, Fərid Bağırov (Qazı), Romən Hüseynov (Kefli İsgəndər), Asim Mərdanov (Vəli bəy/Kəblə Mirzalı), Elnur Tağıyev (Vəli bəy/Kəblə Fətəli), Fərid Abbasov (Nəçənnik/Poçtalyon), Aksana İskəndərova (Madmazel/Fatmanisə/Səbzalı), Çimnaz Bağırova (Məmmədhəsənin arvadı/Mustafa), Rəhimə Abdinova (Əhməd/Gülpəri), Səbinə Məmmədova (Şaban nənə/Səkinə) və Ayan Məmmədova (Əsəd) oynayıblar. Janrı “qəmli komediya” kimi təyin olunan tamaşa mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Nümayişdən sonra ADMİU-nun rektoru, professor Ceyran Mahmudova və müəllimlərin iştirakı ilə keçirilən müzakirədə tələbə-aktyorların ifaları təhlil olunub.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi