Ru
Bakı
USD
EUR
GBP
RUB

Mədəniyyət Nazirliyinin dəstəyi ilə mədəni müxtəliflik təbliğ olunur

news photo

07.08.2019 16:30 // Cəmiyyət

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “İnformasiya texnologiyalarından səmərəli istifadə etməklə mədəni müxtəlifliyin təbliği və “Multikultural Azərbaycan” internet səhifəsinin (multikultural.az) yaradılması” layihəsinin icrasını davam etdirir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin hazırkı mərhələsində internet saytları vasitəsilə Azərbaycanda mədəni siyasət təbliğ olunub. İyunun 16-dan bu günədək müxtəlif informasiya resurslarında 11 məqalə yayımlanıb. Bu dövrdə, həmçinin milli azlıqların informasiya alətlərindən istifadə imkanları öyrənilib. Hazırda azsaylı xalqları təmsil edən mədəniyyət mərkəzləri və cəmiyyətlərin monitorinqi aparılır.

Eyni zamanda, Azərbaycan, rus və ingilis dillərində olacaq “Multikultural Azərbaycan” (multikultural.az) internet resursu hazırlanır. Hazırda sayt test mərhələsində öz işini davam etdirir.

Qeyd edək ki, “Multikultural Azərbaycan” (http://multikultural.az/az/ ) internet resursu azsaylı xalqlara öz mədəniyyətlərinin təbliği istiqamətində davamlı informasiya dəstəyi göstərəcək, Azərbaycanda birgəyaşayış naminə həyata keçirilən mədəni siyasəti təbliğ edəcək.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 20 dəfə pozuldu

Sabahın hava proqnozu açıqlanıb

“Könüllülük Sərhəd Tanımır!” (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi