Ru
Bakı
USD
EUR
GBP
RUB

Mədəniyyət nazirinin birinci müavini Budapeştdə Nəsimiyə həsr olunacaq tədbirlərdə iştirak edəcək

news photo

19.04.2019 11:52 // Cəmiyyət

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi haqqında Sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına, həmçinin ölkə başçısının “Nəsimi ili” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin, Azərbaycanın Macarıstandakı səfirliyinin, Yunus Əmrə İnstitutunun və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə aprelin 24-də Budapeşt şəhərində, Yunus Əmrə İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunacaq ədəbi-musiqili tədbir keçiriləcək.

Tədbirdə iştirak etmək məqsədilə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 22-dən 25-dək Macarıstana səfərdə olacaq.

Nazirlikdən Youthportal.az-a bildirilib ki, rəsmi şəxslərin, Azərbaycan və Türkiyədən dəvət olunacaq nəsimişünas alimlərin, macar türkoloqların çıxış edəcəyi tədbirdə Azərbaycan Milli Kitabxanasının fondunda olan, Nəsiminin əsərlərindən ibarət kitab sərgisinin təşkili, azərbaycanlı tələbələrin və yerli macar musiqiçilərin ifasında şairin qəzəllərinin və sözlərinə yazılmış musiqi parçalarının səsləndirilməsi nəzərdə tutulub.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində Macarıstan İnsan Resursları Nazirliyində və Macarıstan Milli Kitabxanasında görüşlərin keçirilməsi, iki ölkə arasında “Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı”nın imzalanması, eyni zamanda Macarıstan Milli Kitabxanasında qədim şərq (Azərbaycan, türk, ərəb və fars) əlyazmaları fondu ilə tanışlıq planlaşdırılıb.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi