Ru
Bakı
USD
EUR
GBP
RUB

Mədəniyyət Mərkəzində “Unudulmaz bəstəkar” adlı tədbir təşkil edilib

news photo

20.09.2019 20:08 // Cəmiyyət

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Unudulmaz bəstəkar” adlı tədbir keçirib.

Baş İdarədən Youthportal.az-a bildirilib ki, tədbirdə Zirə qəsəbə Mədəniyyət Mərkəzinin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı Günel Bədəlova Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından söhbət açıb.

Daha sonra “Nur” rəqs kollektivinin ifasında “Qarabağ”, “Sarı gəlin” rəqsləri təqdim edilib.

Tədbirdə Mədəniyyət Mərkəzinin “Fortepiano” kursunun müəllimi və tələbələri bəstəkarın müəllifi olduğu musiqi parçalarını səsləndiriblər. Həmçinin tədbirdə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından səhnəcik nümayiş olunub.

Tədbir Mədəniyyət Mərkəzinin tələbələrinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısı ilə sona çatıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi