Ru
Bakı
USD
EUR
GBP
RUB

Mədəniyyət işçiləri üçün nəzərdə tutulan kursların istiqaməti müəyyənləşib

news photo

12.02.2019 10:22 // Cəmiyyət

Aparılmış təhlillərin nəticələrini və ölkəmizdə reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji hədəfləri nəzərə alaraq Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən regionlarda təşkil olunacaq və mədəniyyət işçilərinin tətbiqi biliklərinin təkmilləşdirilməsi, habelə, onların kreativ peşə səriştələrinin formalaşmasına xidmət edəcək kursların əsas istiqamətləri müəyyən olunub.

Mədəniyyət Nazirliyindən Youthportal.az-a bildirilib ki, təşkil olunacaq kursların mövzuları mədəniyyət işçilərinin bütün kateqoriyalarını əhatə edəcək. Kurslarda “Mədəniyyətdə marketinq”, “Tədbirlər siyasəti”, “Nitq mədəniyyəti”, “Müasir mədəniyyət işçisinin peşə fəlsəfəsi”, “Müasir mədəni menecment”, “Kreativ peşə səriştələri”, “Mədəniyyət siyasəti”, “Mədəniyyətdə PR strategiyası”, “Kreativ sənaye”, “Dövlət idarəetmə sistemi və qanunvericilik”, “Muzey işi”, “Klub işi”, “İncəsənət müəssisələrinin idarə olunması” və bu kimi mövzulardan danışılacaq.

Kursların təşkilində mədəniyyət sahəsində ilk dəfə olaraq sosial tərəfdaşlıq təcrübəsindən geniş istifadə edilməklə mədəniyyətin digər sahələr ilə səmərəli və işgüzar inteqrasiyası təmin olunacaq. Belə ki, kreativ və sənaye vərdişlərinin formalaşdırılması məqsədilədigər sahələrdə istifadə olunan metodların tətbiqi ilə yanaşı, fərqli sferalarda çalışan mütəxəssislərin də cəlb olunması nəzərdə tutulur.

Kurslar mədəniyyət müəssisləri və regionlarda fəaliyyət göstərən ali təhsil ocaqları və digər ixtisaslaşmış müəssisələrdə də təşkil olunacaq. Ali məqsədi kreativ vərdiş və səriştələrin formalaşdırılması olan kurslar zamanı yoldaşlıq və yaradıcılıq mühitinin dəstəklənməsi məqsədilə mərkəz tərəfindən müxtəlif layihələrin icrası da planlaşdırılır.

Qeyd edək ki, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində də kreativ yanaşmalar tətbiq olunacaq. Müasir dünyada tükənməz resurs mənbəyi kimi qəbul olunan kreativ bacarıqlar, eyni zamanda, rasionallıq göstəricisidir. Bu səbəbdən mədəniyyət müəssisələrinin əməkdaşları arasında formalaşacaq kreativ keyfiyyətlər ilk növbədə səmərəli fəaliyyətin təminatı kimi çıxış edəcək və mədəniyyət müəssisələrinin sosial aktuallığının da dəstəklənməsinə yardımçı olacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 26 dəfə pozulub

Qəbul imtahanlarının vaxtı dəyişdi

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi