Ru
Bakı
USD
EUR
GBP
RUB

“Mədəni-tarixi dəyərlər sistemində informasiya mədəniyyəti və kitabxanalar” kitabı nəşr olunub

news photo

19.11.2019 18:05 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayevanın “Mədəni-tarixi dəyərlər sistemində informasiya mədəniyyəti və kitabxanalar” kitabı çapdan çıxıb.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, ilk dəfə olaraq cəmiyyətdə informasiya mədəniyyətinin formalaşdırılmasında, cəmiyyətin maariflənməsində xüsusi əhəmiyyət kəsb edən kitabxanaların iştirakını və əvəzsiz xidmətlərini araşdıran nəşrin elmi məsləhətçiləri Bakı Dövlət Universitetinin professoru Abuzər Xələfov, Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli, elmi redaktoru Əlyazmalar İnstitutunun çap kitablarının tədqiqi şöbəsinin müdiri, dosent Cavid Cəfərovdur. Kitabın rəyçisi Rusiya Elmlər Akademiyasının Dövlət Kütləvi Elmi-Texniki Kitabxanasının aparıcı elmi işçisi, professor İrina Lizunovadır.

Nəşrdə mədəni-tarixi dəyərlər sistemində informasiya mədəniyyəti anlayışının məzmunu və mahiyyəti, beynəlxalq müstəvidə şərhi tarixi aspektdə təhlil edilərək ümumiləşdirilib, informasiya mədəniyyətinin əsas komponentləri və şəxsiyyətin informasiya mədəniyyətinin yüksəlməsinə təsir göstərən başlıca amillər tədqiq olunub. Kitabda informasiya mədəniyyəti ilə yanaşı, “rəqəmsal savadlılıq”, “internet savadlılığı”, “şəbəkə savadlılığı” kimi bir sıra anlayışlar da dünya alimlərinin yanaşmalarına əsaslanaraq müfəssəl şərh edilib. Burada bir sıra ölkələrdə cəmiyyət üzvlərinin maariflənməsinə, informasiyanı düzgün qiymətləndirərək ondan etik şəkildə istifadəyə xidmət edən müxtəlif beynəlxalq informasiya mədəniyyəti modelləri barədə məlumatlar ilk dəfə elmi dövriyyəyə daxil edilib.

Araşdırmada vahid informasiya mədəniyyəti konsepsiyasının yaradılması, kitabxanaçıların informasiya mədəniyyətinin formalaşdırılması, reklam fəaliyyəti, informasiya mədəniyyəti məsələlərinə dair milli resursların hazırlanması və s. təkliflər də təqdim olunub.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi