Mədəni tarixi abidələrimizin təbliği
14.02.2020 15:46 // Gənclər üçün
Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mədəni tarixi abidələrimizin təbliği” adlı layihə Suraxanı Gənclər Evində 40 nəfər şagird və 10 müəllimin və digər nümayəndələrin iştirakıyla həyata keçirildi. Tədbir fevral ayının 10-u və 11-i keçirildi, bu sahə üzrə mütəxəssis QHT sədri Faiq İsmayılov tədbirə dəvət olunmuşdu.
Tədbiri Suraxanı Gənclər İdman İdarəsinin rəisi Amil Bağırov açdı, hamını salamlayıb, dövlətin gənclər siyasətindən və əsas məqsəd gənclərimizin vətənpərvər ruhda, dövlətə, millətə layiqli vətəndaş kimi böyüməsinə və milli sərvətlərə sahib çıxmasına çağırdı.
Layihə rəhbəri Bəxtimşah Tağıyeva bu layihənin fərdi layihə kimi gənc üzvümüzün Şəms Tağıyevaya verilməsinin fondun və dövlətin gənclərə verdiyi önəmi olduğunu bildirdi. Sonra Azərbaycanın abidələri haqqında məlumat verdi.
Azərbaycanın ən qədim abidələri daş abidələrdir ki, daşdan oyma, yonma, cızma üsulu ilə hazırlanıb, Ordubad(Gəmiqaya), Abşeron (Mərdəkan, Şüvəlan) və Qobustan qayaları üzərində rast gəlinir.
Bakının Bayıl qəsəbəsi yaxınlığında yerləşən hazırda dənizin suları altında qalan XIII əsrdə tikilmiş “Bayıl qəsri”dir. Qala divarları şərqdə altı, qərbdə beş yarımdairəvi bürclə möhkəmləndirilmişdir. 1306-cı ildə dənizdə baş verən güclü zəlzələdən dənizdə batmışdır.
Qız qalası- Bakının , həm də Abşeronun ən sirli memarlıq abidəsidir, hündürlüyü 28 metr, diametri 1-ci mərtəbədə 16,5 m, divarların qalınlığı 5 m-dir. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür, hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür.
Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş, İçərişəhərdə yerləşən memarlıq abidəsidir. Şirvanşahlar sarayı, Divanxana, Keyqubad məscidi, Şirvanşahlar türbəsi(1435-1436), Şah məscidi(1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan ibarətdir. 2000-ci ildə Yunesko tərəfindən Qız qalasıyla birgə Ümumdünya Mədəni İrsi siyahısına daxil edilmişdir.
Atəşgah - Od məbədi XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı yerdə tikilib, 1713-cü ildə tövlə, mərkəzi məbəd-səcdəgah 1810-cu ildə tikilmişdir. Atəşgah məbəd, hücrələrdən, otaqlardan ibarətdir.
Ramana qalası Bakının Ramanı kəndində XVI əsrə aiddir, hündürlüyü 15 m və güman ki, müdafiə məqsədiylə tikilib.
Mərdəkan qalası- Bakının Mərdəkan qəsəbəsində Şirvanşah Axsitan tərəfindən tikilmişdir. Qaladan sığınacaq və gözətçi məntəqəsi kimi istifadə etmişdirlər.
Qobustan –Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşir, ən qədim abidəmizdir. Sahəsi 3-4 km-dir, Qobustanda Böyükdaş, Kiçikdaş, Çınqırdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrünə aid qayaüstü təsvirlər, düşərgə, yaşayış məskəni, qəbir abidələri vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olur. Bu da sübut edir ki, Azərbaycan xalqı qədim xalqdır.
Ağaoğlan qəsr kompleksi Qafqaz Albaniyası dövrünə məxsus və dağın ətəyində yerləşir, zirvəsində müşahidə qalası var. Ermənilər işğal ediblər.
Xudafərin körpüləri- Cəbrayıl rayonu ərazisində yerləşir, güneylə quzeyi birləşdirirdi. Iki Xudafərin körpüsü var, Makedoniyalı İsgəndər, ya da Poma sərkərdəsi Pompey tərəfindən tikildiyi iddia olunur. Bu körpünün Hindistandan başlayaraq Yaxın, Orta Şərq ölkələri, Rusiya, Qərbi Avropa ölkələri ilə Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.
Əlincə Qalası- Naxçıvan –Marağa memarlıq abidələrinin gözəl nümunəsi Naxçıvan-Culfa yolunun kənarında Əlincə çayın sağ sahilində yerləşir. Qala 2 min il əvvələ aid edilir, “Kitabi-Dədə Qorqud ”dastanında Əlincə qala möhkəm istehkam kimi təsvir olunur.
Mömünə Xatun Türbəsi Əcəmi Naxçivaninin şah əsəridir. Atabəylər Memarlıq Kompleksinin tərkibində dövrümüzə qədər yaşayan yeganə abidədir.
Şamaxı Qalası XI-XII yüzilliklərdə Şamaxını müdafiə etmək üçün tikilmişdir. Şamaxının Gülüstan qalası da XII əsrdə yenidən qurulmuşdur.
Koroğlu Qalası Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşir, yerli daşlardan möhtəşəm tikilib. Koroğlunun sığınacağı olduğu güman edilir.
Əsgəran Qalası Şuşanın yaxınlığında Qaradağçayın sağ və sol sahillərində yerləşir, 1783-1784-cü illərdə tikilmişdir.
Cavanşir Qalası İsmayıllı rayonu ərazisində Talıstan kəndindəki Ağcaçayın sağ sahilində yerləşir, Qafqaz Albaniyası Dövründə hökümdar Cavanşir tərəfindən tikilmişdir, inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Rayonun Xanəgah kəndində “Qız Qalası” abidəsinin həyətində nadir güllər və bəzək ağacları bitir.
Gülüstan Qalası Goranboy rayonu ərazisindədir, yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub.
Çıraqqala Şabran rayonu ərazisində sıldırım qayanın zirvəsindədir, qaravulxana məqsədiylə Sasani hökmüdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir.
Xocalı rayonunun Çanaxçı kəndindəki məbəd 1616-cı ildə tikildiyi güman edilir. Abidə yerli pud daşlardan tikilmiş, uzunluğu 11 m, eni 9 m, hündürlüyü 7 metrdir. Ermənilər işğal etdikdən sonra dəyişdirmiş abidəyə uyğun olmayan öz heykəllərini qoymuşlar.
Xocalı rayonunun Dağyurdu kəndi 1992-ci ilə qədər Saruşen adlanmışdır. Qafqaz Albaniyası dövrünə aid edilən abidə XII-XIII əsrə aiddir. Ermənilər işğaldan sonra təmir edib abidəni özəlləşdirmişlər.
Xocəvənd rayonu Ziyarət dağı Qafqaz Albaniyası dövrünə XVII əsrə aid edilir. Hazırda ermənilər bu bizim abidəni öz kilsələri kimi təqdim edirlər. İşğaldan sonra abidənin görkəmini dəyişdiriblər.
Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında Quruçay çayının sol sahilində yerləşir.
Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonrakı vəziyyəti haqqında heç bir məlumat yoxdur.
1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.
Digər xəbərlər
Bakı Media Mərkəzi Zəfər Paradına həsr olunmuş videoçarx hazırlayıb
11.12.2020 19:40 // Siyasət
Nazir Azad Rəhimov gənc liderlərlə görüşdü (FOTO)
12.06.2020 15:08 // Gənclər üçün
Temperatur düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
21.05.2020 14:08 // Cəmiyyət
Sabah Bakıda 28 dərəcə isti olacaq
21.05.2020 11:35 // Cəmiyyət
“Titanik”in radioötürücüsü okeanın dibindən çıxarılacaq
21.05.2020 10:31 // Dünyada
Atəşkəs 22 dəfə pozulub
21.05.2020 09:39 // Qarabağ
Beynəlxalq Yoqa Günü münasibətilə 3 müxtəlif yaş qrupu üzrə iki fərqli müsabiqə elan edir
20.05.2020 15:45 // Cəmiyyət
Sabah 34 dərəcə isti olacaq
20.05.2020 13:42 // Cəmiyyət
Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
20.05.2020 10:33 // Qarabağ
Laçın rayonunun işğalı ilə bağlı virtual təbliğat aksiyasına start verilib
18.05.2020 15:09 // Gənclər üçün
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada
07.05.2020 15:35 // Siyasət
Azad Rəhimov qəbulların online keçirilməsinin mümkünlüyünü bildirdi
22.04.2020 17:04 // Cəmiyyət
Gənclər “Tələbə baharı”na dəvət olunur
06.04.2020 11:20 // Gənclər üçün
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
06.04.2020 10:34 // Qarabağ
UNEC onlayn idarəetməyə keçdi
01.04.2020 14:10 // Təhsil
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciət edib
01.04.2020 12:06 // Siyasət
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
01.04.2020 09:32 // Qarabağ
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
30.03.2020 10:04 // Qarabağ
Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydaları
28.03.2020 15:37 // Cəmiyyət
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib - Operativ Qərargah
27.03.2020 17:49 // Cəmiyyət
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
26.03.2020 14:07 // Təhsil
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib
20.03.2020 14:01 // Siyasət
Azərbaycanda Novruz bayramıdır
20.03.2020 13:30 // Cəmiyyət
Operativ Qərargah: Azərbaycanda daha 10 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı
19.03.2020 15:40 // Cəmiyyət
Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı
19.03.2020 14:41 // Siyasət
AMEA: Koronavirusun Azərbaycanda yayılması buxovlanıb
19.03.2020 11:41 // Cəmiyyət
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
19.03.2020 10:06 // Qarabağ
ATƏT koronavirusa görə Qarabağ münaqişəsi ilə əlaqədar monitorinqləri dayandırdı
19.03.2020 08:31 // Qarabağ
Birinci vitse-prezident Mehriban Əliyeva: Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik
18.03.2020 16:19 // Siyasət
Azərbaycanda daha iki nəfərdə koronavirusa yoluxma qeydə alınıb - Operativ Qərargah
16.03.2020 08:11 // Cəmiyyət