Ru
Bakı
USD
EUR
GBP
RUB

Məcburi köçkün məktəblərinin şagirdləri arasında intellektual müsabiqə keçirilib

news photo

27.07.2018 15:18 // Gənclər üçün

“Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra etdiyi “İntellektual oyun-müsabiqə vasitəsilə məcburi köçkün məktəblərində yol təhlükəsizliyinin profilaktikası” layihəsi çərçivəsində Binəqədi Gənclər Evində Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan rayonlarını təmsil edən məktəblərin şagirdləri arasında “Yol təhlükəsizliyi” mövzusunda intellektual müsabiqə keçirilib.

Youthportal.az xəbər verir ki, tədbirdə Şuranın, Daxili İşlər Nazirliyinin müvafiq idarələrinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Binəqədi rayon gənclər və idman idarəsinin, “Həyat” Humanitar Dəstək İctimai Birliyinin nümayəndələri, məcburi köçkün məktəblərinin direktorları, valideynlər və məktəblilər iştirak ediblər.

Komandalar müsabiqədə yol təhlükəsizliyi məsələləri ilə bağlı 50 sualdan ibarət test kitabçalarını cavablandırıblar.

Sonda qalib komandaların üzvləri mükafatlandırılıblar.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi