Ru
Bakı
USD
EUR
GBP
RUB

MDB Oyunlarının keçiriləcəyi şəhər və vaxt dəqiqləşib

news photo

27.06.2019 15:49 // İdman

Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunlarının keçiriləcəyi şəhər və vaxt dəqiqləşib. 

Youthportal.az TASS-a  istinadən xəbər verir ki, bu barədə Tatarıstan İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ilk yarış 2020-ci il 20 - 27 avqustda Rusiyanın Kazan şəhərində təşkil olunacaq. 

MDB Oyunlarının iştirakçıları Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna olacaq. Bunlara əlavə olaraq,Təşkilat Komitəsi digər ölkələri dəvət edə bilər. Kazanda 2000-dən çox idmançı və 600 rəsmi şəxsin iştirakı gözlənilir.

Oyunlarda cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, futzal, boks, tayland boksu, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, ağırlıqqaldırma, güləş, qol güləşi, kəmər güləşi, basketbol və atletika idman növləri olacaq. 

Turnir çərçivəsində həmçinin işgüzar proqram "MDB Forumu - idmanın əhatəsi" və geniş mədəni-əyləncəli proqram gözlənilir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi