Ru
Bakı
USD
EUR
GBP
RUB

MDB ölkələrinin gənclər düşərgəsində Azərbaycan gəncləri təmsil olunmuşlar (FOTO)

news photo

02.08.2019 14:19 // Gənclər üçün

23-31 iyul 2019-cu il tarixlərində Qazaxıstan Respublikasının Zerendi şəhərində, Qazaxıstanın İnformasiya və İctimai İnkişaf  Nazirliyi, Almatı Menecment Universiteti və Qazaxıstanın Vətəndaş Alyansının tərəfdaşlığı ilə “Zeren 2019” Beynəlxalq Gənclər Düşərgəsi keçirilmişdir. Düşərgədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasını 2 gənc (Eltur Qasımov və Cəmilə İsmayılova) təmsil etmişlər. Bu beynəlxalq tədbirdə 6 müxtəlif ölkədən, 150-dən çox gənc iştirak etmişdir. 

Düşərgənin əsas məqsədi “Vətəndaş cəmiyyətinin inkişafı”, “Yaşıl iqtisadiyyat”, “Yeni Media” və “Yaradıcı iqtisadiyyat” mövzularında gənclərin inkişafı və bu mövzularda ideyası olan gənclərə, ideyalarını reallaşdıqmaq üçün maddi yardımın olunması idi. Layihə zamanı 9 gün ərzində bu istiqamətdə 30-dan çox biznes sahəsində uğura imza atmış insanlar, biznes təlimçilər və mentorların iştirakı ilə müxtəlif mövzularda “Start Up”lar, “Vaxt menecementi”, “İnvestorların cəlb olunması”, “Təqdimat bacarıqlarının inkişafı”, “Sahibkarlığın əsası” və digər mövzularda interaktiv seminarlar və məlumatlandırıcı sessiyalar təşkil olunmuşdur. Müzakirələrin yekunu olaraq komandalar hazırladıqları biznes layihələrini digər komanda yoldaşları və münsiflər heyətinə təqdim etmilşər. Layihəni uğurla başa vurmuş iştirakçılara pul mükafatı və sertifikarlar təqdim olunmuşdur. 

Layihə çərçivəsində nümayəndə heyəti öz təşəbbüsü ilə “Azərbaycan Gecəsi”ni təşkil etmiş, iştirakçılara Azərbaycanın şəhərləri, tarixi, musiqisi, milli mətbəxi ilə bağlı məlumat vermişlər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi