Ru
Bakı
USD
EUR
GBP
RUB

“Masters” turnirində Azərbaycanı 15 cüdoçu təmsil edəcək

news photo

18.11.2019 15:56 // İdman

Dekabrın 12-14-də Çinin Tsindao şəhərində cüdo üzrə “Masters” turniri keçiriləcək.

Youthportal.az xəbər verir ki, dünyanın ən güclü cüdoçularının yarışacağı bu turnirdə Azərbaycanın 9 kişi, 6 qadın idmançısı iştirak edəcək.

Kişilərin yarışında ölkəmizi Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kq-dan yuxarı) təmsil edəcəklər. Qadınlar arasında isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev, Aleksandra-Larisa Florean (57 kq), İrina Kindzerska (78 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Turnirdə 60-a yaxın ölkədən 400-dən çox idmançı gücünü sınayacaq.

Digər xəbərlər

Xəbər lenti

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi