Ru
Bakı
USD
EUR
GBP
RUB

Masallıda “Tariximizi öyrənək və təbliğ edək” mövzusunda rayon Tarix-Diyarşünaslıq muzeyinə ekskursiya təşkil edilib

news photo

17.09.2019 17:20 // Təhsil

17 sentyabr  2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı rayon Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyində milli-mədəni irsin təbliği  və təbiətin gənclər arasında tanıdılması məqsədi ilə  “Tariximizi öyrənək və təbliğ edək” mövzusunda ekskursiya təşkil edilmişdir.

Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan, Respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış və qeyd etmişdir ki, bu günkü ekskursiyanın əsas məqsədi yetişməkdə olan gənc nəslə Azərbaycanın tarixini tanıtmaq, keçmişə sevgi və qayğı aşılamaqdır. Azərbaycanın tarixini, mədəniyyətini, adət-ənənələrini özündə ehtiva edən nümunələrinin öyrənilməsi və təbliği bu baxımdan xüsusi önəm daşıyır.

Sonra Masallı rayon Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağiyeva və muzeyin əməkdaşı bərpaçı rəssam Lələyeva Heyran  gəncləri muzeydə olan eksponatlar ilə tanış edərək rayon ərazisində aparılan arxeoloji tapıntılar zamanı əldə olunmuş, tariximizi əks etdirən maddi-mədəniyyət nümunələri haqqında geniş məlumatlar vermişlər. Bundan başqa müəyyən dövrlərdə hazırlanmış zərgərlik, dulusçuluq, xalçaçılıq və s. əşyalar muzeydə nümayiş olunur. Muzeyin ekspozisiya zalında nümayiş olunan müxtəlif stendlər vasitəsilə rayonun sosial-iqtisadi inkişaf göstəriciləri, tarixi abidələri, görkəmli şəxsiyyətləri, qəhrəmanlıq göstərən şəhidləri barədə geniş informasiya əldə etmək mümkündür..

Sonda gənclərimiz rayonumuzun tarixi və keçmişini gənc nəsillərə öyrədilməsi və çatırılmasında göstərdiyi xidmətə görə muzeyin direktoru və işçilərinə öz minnətdarlığlarını bildirdilər .

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi