Ru
Bakı
USD
EUR
GBP
RUB

Manat bahalaşacaq: 1 dollar 90 qəpik olacaq

news photo

23.02.2015 19:45 // Cəmiyyət

“Mərkəzi Bankın məzənnə dəyişikliyi ilə bağlı qərarı gözlənilməz oldu. Bu baxımdan sabah Mərkəzi Bankın hansı qərar qəbul edəcəyini proqnozlaşdırmaq çox çətindir”.

Bu barədə Youthportal.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Mərkəzi Bank heç vaxt şənbə və bazar günləri kurs elan etmirdi:

“Məzənnənin dəyişəcəyinə birinci günün daxil olması müəyyən bir mesajlar verir. Birinci günün həmin qərara daxil olunması iş həftəsinin ikinci günündən etibarən isə yeni kursun elan olunacağı göstərdi ki, Mərkəzi Bank tərəfindən şənbə günü atılan gözlənilməz bu addım yenidən müzakirə olunacaq. Yenidən məzənnənin saxlanılması və dəyişdirilməsi ilə bağlı qərar veriləcək. Hansı qərar qəbul olunmasından asılı olmayaraq manatın məzənnəsinin möhkəmləndirilməsi vacibdir”.

Ekspert hesab edir ki, Mərkəzi Bank sabahdan elan etdiyi kursda vəd etdiyi azalma faizini tətbiq edə bilər.

“Mərkəzi Bankın əvvəlki açıqlamalarına əsasən hesablamalar göstərir ki, manatın yumşaq devalvasiyası nəticəsində manatın dollara məzənnəsi 1 dollar 90 qəpiyə qədər aşağı salına bilər. Buna rəğmən elan edilən kurs fərqli oldu. Biz Mərkəzi Banka təklif edirik ki, ya manatın əvvəlki məzənnəsinə qaytarsın, ya da manatın məzənnəsi elan olunduğu kimi 1 avro-1manat, 1 dollar 90 qəpiyə qədər azaldılsın. Bu gözləniləndir. Hesab edirik ki, dolların manata nisbətən ucuzlaşması məqsədəuyğun olardı”.

İqtisadçı bildirib ki, bu məzənnə idxal olunan məhsulların qiymətində artıma səbəb olacaq: “Bura ərzaq və qeyri-ərzaq məhsullarının hamısı daxildir. Çünki həmin məhsulların xərci dollarla ödənilir. Amma eyni zamanda güman olunur ki, bu yerli məhsullara da təsir edəcək. Onlar 30-35 faiz olmasa da, 10-15 faiz arasında artacaq”.

Ekspert vurğulayıb ki, məzənnə dəyişməsindən sonra ölkəmizdə siqaretin, ərzaq məhsullarının və xaricdən ixrac edilən texnikanın qiymətində artım var: “Bu artımlar 30-35 faiz arasında dəyişir. Manatın qiyməti tənzimlənsə, həmin qiymət artımları məzənnəyə uyğun olaraq azalacaq”.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi