Ru
Bakı
USD
EUR
GBP
RUB

Mahatma Qandinin anadan olmasının 150-ci ildönümünə həsr olunmuş veloyürüş (FOTO)

news photo

03.06.2019 17:15 // Cəmiyyət

Hindistanda azadlıq mübarizəsinin lideri və sülh müdafiəçisi olan Mahatma Qandinin anadan olmasının 150-ci ildönümü 2018-ci il oktyabrın 2-dən 2019-cu il oktyabrın 2-dək dünyanın hər yerində qeyd olunur. Bu davam edən tədbirlər çərçivəsində Hindistanın Bakıdakı səfirliyinin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Bakı Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində 2019-cu il 3 iyun tarixində Ümumdünya Velosiped Günü münasibətilə Bakının tarixi məkanı hesab olunan İçərişəhərin Qoşa Qala qapılarından Bakı Dənizkənarı Bulvarına kimi davam edən veloyürüş tədbiri təşkil edildi.

Səfirlikdən Youthportal.az-a bildirilib ki, tədbirdə çıxış edən Hindistan səfiri cənab B. Vanlalvawna, velosipedin şəhər mobilliyi üçün daimi bir nəqliyyat vasitəsi olduğu və eyni zamanda ətraf mühitin qorunması üçün bizə necə kömək etdiyini xatırlatdı. Səfir B.Vanlalvawna və Milli Məclisin üzvü cənab Rüfət Quliyev tərəfindən tədbirə start verildi. Veloyürüşdə Azərbaycan Velosiped Federasiyasının velosipedçiləri ilə yanaşı, Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri, tələbələr, iş adamları, cəmiyyətin müxtəlif nümayəndələrinin də daxil olmaqla 75-dən çox velosipedçi iştirak etdi.

Davam edən tədbirlərin bir hissəsi olaraq, Hindistan Səfirliyi həmçinin, 5 iyun 2019-cu il tarixində Salyan şosesində yerləşən Dostluq parkında 150 ağacın əkilməsi planlaşdırılan ağacəkmə aksiyasını təşkil edir.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi