Ru
Bakı
USD
EUR
GBP
RUB

Magistraturaya qəbul üçün proqram seçimi başa çatır

news photo

07.05.2019 10:11 // Təhsil

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına 2019-cu il fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Youthportal.az-a verilən məlumata görə, bunun üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib bu gün saat 23:59-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər 26 may 2019-cu ildə keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi