Ru
Bakı
USD
EUR
GBP
RUB

Magistraturaya qəbul olmaq istəyən bəzi bakalavrlar qabiliyyət imtahanı da verəcəklər

news photo

14.01.2020 12:03 // Təhsil

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na dəyişiklik edib.

Youthportal.az xəbər verir ki, hazırda magistraturaya qəbul imtahanları iki mərhələdə aparılır. İmtahanın I mərhələsində ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi, II mərhələdə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi həyata keçirilir.

Qaydalara edilən yeni dəyişikliklərdə beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən, magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən bir mərhələdə mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçiriləcək.

Yeni dəyişikliklərə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.

Qaydalarda elmi təşkilatın magistraturasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların ixtisaslaşma seçimindən əvvəl Mərkəz tərəfindən müəyyən edilən vaxtda qeydiyyatdan keçməsi və həmin təşkilatda müsahibədə iştirak etməsi, yalnız müsahibədən “məqbul” qiymət alan bakalavrların ixtisaslaşma seçimi zamanı elmi təşkilatın magistratura ixtisaslaşmalarını seçə bilməsi ilə bağlı bənd ləğv edilib.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi